18 yaşadək basketbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının B Divizionunun B qrupundakı rəqibləri ilə oyunlarının tarixləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, yığmamız iyulun 24-də Polşa, iyulun 25-də Ukrayna, iyulun 26-da İslandiya, iyulun 28-də Portuqaliya və iyulun 29-da Çexiya seçməsi ilə qarşılaşacaq.
Bütün qarşılaşmalar Xorvatiyada baş tutacaq.


