"Real Madrid"in ulduzu Mario Hezonya NBA klublarının "radarına düşüb".

Offsideplus.az insayder Mark Steynə istinadən xəbər verir ki, xorvatiyalı hücumçu Milli Basketbol Assosiasiyasının (NBA) bir çox komandasının diqqətini cəlb edib.

Xorvatiyalı basketbolçunun hətta Lebron Ceymsi heyətinə qatmaq uğrunda mübarizə aparan klubların da maraq dairəsində olduğu bildirilir. 41 yaşlı ulduz basketbolçuya iddiaçılar arasında "Klivlend", "Mayami", "Qolden Steyt", "Filadelfiya", "Minnesota" və "Denver" kimi komandalar yer alır.

Ötən mövsüm "kral klubu"nun lideri olan Hezonya müqaviləsindəki xitam opsiyasından istifadə edərək şansını yenidən NBA-də sınamaq qərarına gəlib. 2015-ci il drafatının 5-ci nömrəsi Avroliqada meydanda keçirdiyi orta hesabla 23 dəqiqədə 13,3 xal, 4,1 ribaund və 2,4 məhsuldar ötürmə statistikası ilə Madrid təmsilçisini finala qədər daşımışdı.