“Maluda bu oyuna hazır deyildi”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində KuPS-a qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis Aron Maludanın matçda forma şansı qazanmamasının səbəbinə aydınlıq gətirib:

“Mənim məşqçi kimi vəzifəm sərəncamımda olan futbolçular arasından ən yaxşı heyəti seçmək və hazırlamaqdır. Futbolçular isə tələblərimizə hazır olmalı və qələbələrə töhfə verməlidirlər. Maluda nə fiziki, nə də psixoloji cəhətdən bu oyuna hazır idi”.

Qeyd edək ki, “Sabah” doğma meydanda KuPS-u 1:0 hesabı ilə məğlub edib.