"Neftçi" uzun müddətdir heyətinə cəlb etmək istədiyi Freddi Varqas transferində sona yaxınlaşıb.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, venesuelalı futbolçu Bakıya gəlib.

Keçidin qarşıdakı günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, F. Varqas ötən mövsüm icarə əsasında "Neftçi"də çıxış edib. O, Bakı təmsilçisinin heyətində 32 oyunda 5 qol və 8 məhsuldar ötürmə ilə çıxış edib.