Misli Premyer Liqasının V turu çərçivəsində sentyabrın 12-də keçiriləcək "Kəpəz" – "Qəbələ" qarşılaşmasından əvvəl Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar 1 dəqiqəlik sükut elan ediləcək.
Offsideplus.az xəbər verir ki, Gəncə Şəhər Stadionunda baş tutacaq matç öncəsi anım mərasiminin keçirilməsi ilə bağlı "Kəpəz" rəhbərliyinin Peşəkar Futbol Liqasına (PFL) etdiyi müraciət müsbət cavablandırılıb.
Qeyd edək ki, M.Hacıyev futbolçu kimi "Kəpəz"in heyətində iki dəfə Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb. O, 2010–2013-cü illərdə "Kəpəz"in əvəzedici heyətinin baş məşqçisi, 2013/14 mövsümündə isə əsas komandada məşqçi kimi çalışıb.
O, sentyabrın 6-da 52 yaşında dünyasını dəyişib.


