AFFA gənclər futbolunda oyun formatlarının təkmilləşdirilməsi ilə bağlı klublarla video-görüş keçirib.
Offsideplus.az xəbər verir ki, müzakirələrdə assosiasiyanın baş katibi Cahangir Fərəcullayev, texniki direktor Edmond Klaus, baş katibin müavini Elçin Məmmədov, Futbol İnkişaf departamentinin rəhbəri Sərxan Hüseynov və akademiya direktorları iştirak ediblər.
Görüşdə yaş qruplarına uyğun mərhələli format keçidinin əhəmiyyəti vurğulanıb və klubların təklifləri dinlənilib. Format dəyişikliyi ilə bağlı yekun qərar akademiyaların rəyi nəzərə alınaraq yeni mövsüm başlamazdan əvvəl açıqlanacaq.


