UFC-də çıxış edən İan Gerri növbəti rəqibi kimi Maykl Moralesi görür.
Offsideplus.az xəbər verir ki, o, bildirib ki, hazırda onun üçün yalnız bir döyüş maraqlıdır və bu da Moraleslə qarşılaşmadır. "Mən Moralesi məğlub etdikdən sonra titul döyüşünə layiq yeganə idmançı olacağam. Qəfəsə çıxıb Moralesi finiş edəcəyəm, hakimlər mənim əlimi qaldıracaq və bu, mənim yenidən titul döyüşünə hazır olduğumu göstərəcək", – deyə Gerri vurğulayıb.
M. Morales indiyədək keçirdiyi 19 döyüşün hamısında qələbə qazanıb. İan Gerrinin isə 17 qələbəsi və 2 məğlubiyyəti var. Qeyd edək ki, Şavkat Rahmonov Gerri ilə döyüşdə zədə ilə çıxış etdiyini, əgər yerində Xabib Nurmaqomedov və ya İslam Maxaçev kimi döyüşçü olsaydı, qəfəsə çıxmaqdan imtina edəcəyini bildirib.


