"Sabah" sentyabrın 10-da Çempionlar Liqasının liqa mərhələsinin ilk matçında "Mançester Yunayted"in qonağı olacaq.
Offsideplus.az xəbər verir ki, bu, Azərbaycan və İngiltərə klublarının avrokuboklarda 12-ci qarşılaşması olacaq. Əvvəlki 11 matçın hamısında "Qarabağ" mübarizə aparıb (1 heç-heçə, 10 məğlubiyyət). Bu oyunların 9-u London təmsilçilərinin payına düşüb.
Təmsilçilərimiz ilk dəfə 2015/16 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Tottenhem"lə (1:3, 0:1) üz-üzə gəlib. Növbəti mövsümdə Çempionlar Liqasında debüt edən Ağdam klubu "Çelsi"yə (0:6, 0:4) məğlub olub. 2018/19 mövsümündə isə rəqib "Arsenal" (0:3, 0:1) olub.
2024/25 mövsümündə "Tottenhem"lə (0:3) yenidən qarşılaşan "Qarabağ" ötən mövsüm 4 dəfə İngiltərə komandaları ilə üz-üzə gəlib. İlk sınaqda "Çelsi"dən xal almağı bacaran (2:2) təmsilçimiz növbəti matçlarda "Liverpul"a (0:6), pley-off mərhələsində isə iki dəfə "Nyukasl"a (1:6, 2:3) məğlub olub.
Bu dəfə isə növbəti sınaq fərqli təmsilçimiz və başqa bir şəhərin komandası arasında baş tutacaq. Ümid edirik ki, "Sabah" Mançester səfərindən xalla ayıla biləcək.


