NBA-nın keçmiş ulduzu Ayzeia Tomas Avropada ən azı bir mövsüm çıxış etmək istədiyini bildirib. Onun bu açıqlaması "Jalgiris" klubunun diqqətini cəlb edib.
Offsideplus.az xəbər verir ki, Litva təmsilçisi sosial şəbəkə hesabında Toması "Jalgiris Arena"da Avropa basketbolunun möhtəşəm atmosferini yaşamağa dəvət edib. Hələlik bu dəvətin sadəcə dostyana bir çağırış, yoxsa real transfer marağı olub-olmadığı məlum deyil.


