Türkiyəli tanınmış idman jurnalisti Serdar Ali Çelikler "Fənərbağça"nın baş məşqçisi İsmail Kartalın komandadakı gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis İstanbul təmsilçisində baş məşqçi dəyişikliyinin gündəmdə olduğunu bildirib:
"İsmail Kartal "Roma" ilə matçdan sonra da gedə bilər. "Fənərbağça" milli araya başqa bir məşqçi ilə daxil ola bilər. Ehtimallar var. Lakin problemin bambaşqa məsələlərdən qaynaqlandığı dəqiqdir".


