"Sabah" BK amerikalı basketbolçu Castin Tillman ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.

2025/2026 mövsümünün əvvəlində Bakı təmsilçisinin heyətinə qoşulan Tillman komandanın uğurlu çıxışında mühüm rol oynayıb.

Amerikalı oyunçu "Sabah"ın heyətində Azərbaycan Basketbol Liqasının çempionluğunu yaşayıb və final seriyasının ən dəyərli oyunçusu (MVP) seçilib.