UFC-nin tanınmış döyüşçüsü Şon Striklend ABŞ-da inqilabın vacibliyini vurğulayıb. O, ölkədəki mövcud siyasi rəhbərlikdən narazılığını ifadə edib və sosial şəbəkələrdə sərt açıqlama ilə çıxış edib.
Offsideplus.az xəbər verir ki, Striklend paylaşımında belə deyib: "Liderlərimizə görə utanıram... Təsəvvür edin, əgər bizim atalarımız bu günkü total nəzarət dövlətini, kameraları, Milli Təhlükəsizlik Agentliyini görsəydilər nə baş verərdi? Burada inqilab olmalıdır. Bütün problemləri yalnız bu həll edə bilər. Və çoxlu dar ağacı lazımdır".
Qeyd edək ki, Striklend bundan əvvəl də qadınların seçki hüququnun əlindən alınmasını təklif etmiş və onların seçkilərdə səs verməsinin əleyhinə olduğunu bildirmişdi. O, qadınların "çox mərhəmətli" olduğunu əsas gətirmişdi.


