"Mançester Siti"nin məşqçisi Enzo Mareska Erlinq Holandın mövsümə uğurlu startı barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Premyer Liqada ilk 3 oyunda norveçli hücumçu 3 qol vurub. Mareska bildirib ki, Holand artıq ata olub və bu, onun həyatında böyük dəyişiklik yaradıb: "O, indi kişi olub, ata olub. Buraya gələndə hələ ata deyildi. İndi həyatı dəyişib, prioritetləri tamamilə fərqlidir. Onun üçün sevinirəm. O, əvvəldən də yüksək səviyyəli oyunçu və yaxşı insan idi. Amma indi daha bütöv şəxsiyyətə çevrilib. Ailəsinə bağlıdır və buna baxmayaraq qol vurmağa davam edir. Onun üçün çox sevinirəm".