Leo Messi və Kriştiano Ronaldo bir komandada oynayacaqlar.
Offsideplus.az xəbər verir ki, Argentina futbolunun əfsanəvi adlarından biri olan Karlos Tevez 2026-cı ilin dekabr ayında Buenos-Ayresdəki məşhur "La Bombonera" stadionunda keçiriləcək vidalaşma matçı ilə bağlı möhtəşəm anons verib.
O, futbol tarixinin ən böyük iki ulduzunu eyni komandada toplamağa nail olub.
- Əfsanələrin razılığı: Tevez açıqlamasında həm Lionel Messini, həm də Kriştiano Ronaldonu şəxsən əlaqə saxlayaraq razı saldığını bildirib. Hər iki superulduz onun xüsusi xahişini qəbul edərək yaşıl meydanda eyni formanı geyinməyə yaşıl işıq yandırıblar.
- Tarixi an: Dünyanın ən böyük rəqiblərinin bir komandada sehir saçacağını görməyin həmişə arzusunda olduğunu deyən argentinalı sabiq hücumçu qarşıdakı matçın bütün futbolsevərlər üçün unudulmaz və emosional olacağını vurğulayıb.



