Tanınmış jurnalist Pirs Morqan "Arsenal"ın Vinisius Juniorun transferinə inandığını bildirib.

Offsideplus.az xəbər verir ki, Morqanın sözlərinə görə, London klubu yanvar transfer pəncərəsində yeni hücumçu almağı planlaşdırır. O qeyd edib ki, "Arsenal" rəhbərliyi bir müddət Vinisius Juniorun artıq onların oyunçusu olacağına əmin idi və braziliyalı futbolçunun transferini reallaşmış hesab edirdi. Lakin Vinisius Junior "Real Madrid" ilə yeni müqavilə imzaladıqdan sonra bu ümidlər puça çıxıb.