"İnter Mayami"nin argentinalı ulduzu Lionel Messi karyerasında növbəti rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, o, Şimali Amerika Futbol Liqasında (MLS) qırdığı rekordlarla adını tarixə yazmağa davam edir. Təcrübəli hücumçu liqada misilsiz bir göstəriciyə nail olub.

  • Tarixi rekord: Lionel Messi karyerasında üç fərqli MLS mövsümündə 30-dan çox qol + məhsuldar ötürmə (qol qatqısı) edən ilk futbolçu statusunu qazanıb.

  • Dominantlıq: Yaşıl meydanlardakı qeyri-adi performansını ABŞ-də də sərgiləməyə davam edən ulduz oyunçu liqanın səviyyəsinə uyğunlaşaraq yenidən fərq yaradıb.