"Real Madrid"i tərk etdikdən sonra azad agent statusu qazanan David Alaba karyerasını harada davam etdirəcəyi ilə bağlı qərar verərkən ilk təkliflərdən birini geri çevirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli müdafiəçi A Seriyası təmsilçisi "Latsio"nun təklifini qəbul etməyib.

  • "Lasio"nun təklifi: Roma klubu avstriyalı futbolçuya illik 3 milyon avro məvaciblə müqavilə təklif etsə də, Alaba bu variantı dərhal rədd edib.

  • Yeni istiqamətlər: Hazırda azad agent olan 34 yaşlı müdafiəçi Almaniya, İtaliyanın digər klubları və ABŞ təmsilçilərindən gələn maraqları qiymətləndirərək karyerasının növbəti addımını ölçüb-biçir.