İtaliyanın tanınmış mütəxəssisi Luçano Spalletti icarə əsasında "Nyukasl"dan "Yuventus"a keçən Nik Voltemade haqqında maraqlı fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, Spalletti yeni oyunçusunu öz friz atına bənzədib: "Mənim friz atım var və Voltemade ona çox bənzəyir. Boy-buxunlu, fiziki göstəriciləri ilə heyranlıq doğurur, eyni zamanda çox mehribandır, özünü sığallamağa və minməyə imkan verir. Komanda yoldaşları ilə yaxşı anlaşmağa başlayıb. Nika ayağa ötürmə vermək olar, oyunu üfüqi şəkildə qurmağı bacarır, fiziki gücü və boyu sayəsində şaquli futbolda da istifadə oluna bilər. Adətən belə xüsusiyyətləri bir oyunçuda tapmaq çətindir. Çox vaxt iki metrə yaxın boyu olan futbolçu cərimə meydançasında tamamlayıcı olur və meydanda digərləri ilə az əlaqə qurur, amma Voltemadede hər iki keyfiyyət var. Üstəlik, o, çox şən və pozitiv insandır, bu da meydanda davranışında hiss olunur. Bu xüsusiyyət ona bu klubda qarşılaşacağı təzyiqlə mübarizə aparmağa kömək edə bilər. Üstəlik, əvvəlki komandası ilə eyni rənglərdə oynayır. Ona dedim ki, biz məhz belə səviyyədə və ustalıqda oyunçu gözləyirdik. O, özü ilə Premyer Liqa atmosferini gətirir, orada fiziki mübarizə daha çoxdur, hər şey daha sürətli və konkretdir. Bu, bizim səviyyəmizi yüksəldir".


