"Los Anceles Leykers"in baş məşqçisi Cey Cey Redik NBA tarixinin ən yaxşı uzaqdan atış ustalarını açıqlayıb. O, Stefen Karrini bu sahədə tək lider hesab etdiyini bildirib və onu birinci yerə layiq görüb.
Offsideplus.az xəbər verir ki, Redik digər dörd oyunçunun adını isə xüsusi sıralama olmadan sadalayıb. Onun fikrincə, Kley Tompson, Kayl Korver, Rey Allen və Redci Miller bu siyahını tamamlayır. Redik qeyd edib ki, "Stef Karri bu zirvədə tamamilə təkdir. O, tarixdə ən yaxşı snayperdir. Digər dörd nəfəri isə xüsusi yer ayırmadan sadalayıram. Müasir dövrdə atışların çətinliyi və sayı əvvəlki nəsillərlə müqayisə olunmaz dərəcədə artıb. İndiki oyunçular elə səviyyədə şüt atırlar ki, əvvəlki dövrlərdə bu, təsəvvür belə edilməzdi".


