Bedri Meriç Azərbaycan Basketbol Federasiyasında U-14 və aşağı yaş qrupları üzrə oğlan milli komandalarının koordinatoru və baş məşqçisi vəzifəsinə gətirilib.
Offsideplus.az xəbər verir ki, türkiyəli mütəxəssis son üç mövsümdə Azərbaycan Basketbol Liqasında çalışıb. O, "Gəncə" və "Şəki" klublarına rəhbərlik edib, "Şəki" ilə ölkə çempionatının bürünc medalını qazanıb.
Yeni təyinatı barədə danışan B. Meriç əsas hədəfini açıqlayıb:
"Əsas məqsədimiz aşağı yaş qruplarında istedadlı basketbolçuları müəyyənləşdirmək, onların inkişafına şərait yaratmaq və gələcəkdə daha yuxarı yaş qrupları üzrə milli komandalarımıza hazırlamaqdır. Məqsədimiz Azərbaycan basketbolunun gələcəyinə xidmət edən uzunmüddətli inkişaf sistemi qurmaqdır".


