"Real Madrid" Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "İnter"lə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, oyun "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Tərəflər indiyə qədər 8 dəfə qarşılaşıb. Bu oyunların 6-da "kral klubu", 2-də isə "İnter" qələbəyə sevinib.