Azərbaycanın U-21 millisinin hücumçusu Lorentso Mezzotero "Sampdoriya"nın heyətində növbəti rəsmi oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı forvard B Seriyasının III turu çərçivəsində səfərdə Palermo ilə matçın 83-cü dəqiqəsində şans qazanıb. Qarşılaşma Sampdoriyanın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
"Sampdoriya" hazırda 3 turdan 1 xalla B Seriyasında 18-ci yerdədir.


