Türkiyə I Liqasında VI turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Toral Bayramovun çıxış etdiyi "Bursaspor" səfərdə "Manisa"nı 2:1 hesabı ilə məğlub edib.
Toral Bayramov ikinci hissədə oyuna daxil olub və 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Hazırda 15 xalı olan "Bursaspor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


