İngiltərə futbolçusu Troy Dini "Arsenal"ın qapıçısı David Rayanın Premyer Liqanın 3-cü turunda "Çelsi"yə qarşı oyunundakı çıxışını dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, Dini Rayanın performansı barədə belə danışıb: "Möhtəşəm qurtarışlar etdi, növbəti dəfə. Məhz buna görə o, Premyer Liqanın ən yaxşı qapıçısıdır. Həlledici anlarda həmişə səviyyəsini göstərir".