İngiltərə millisinin və "Bayern Münhen"in hücumçusu Harri Keyn komandasının Çempionlar Liqasını qazanmağa yaxın olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Keyn ötən mövsümdə uğursuzluğun detallarda gizləndiyini vurğulayıb: "Bəli, həqiqətən də biz çox yaxınıq. Düşünürəm ki, ötən mövsümdə hər şeyi xırda detallar həll etdi – biz ardıcıl iki dəfə Çempionlar Liqasını qazanan komandaya uduzaraq mübarizəni dayandırdıq (yarımfinalda "Bayern Münhen" "PSJ" ilə 4:5 və 1:1 hesabı ilə oynadı). Burada utanmalı heç nə yoxdur. İndi isə mövsümə bu fikirlə başlayırıq ki, bu dəfə uğur bizim olmalıdır. Uğur qazanmağın yolunu tapmalıyıq", – deyə Keyn qeyd edib.


