PSJ və Fransa milli komandasının cinah hücumçusu Usman Dembele 2026-cı il "Qızıl top" mükafatı uğrunda mübarizədə üç ana fazoritini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, fransalı ulduz seçimini "The Touchline" nəşrinə açıqlayıb:

"Qızıl top" uğrunda mübarizədə mənim üç favoritim? Xviça Kvarasxeliya, həmçinin çox yaxşı mövsüm keçirən Harri Keyn və fikrimcə, Kilian Mbappe".

Qeyd edək ki, dünyanın ən nüfuzlu fərdi mükafatının son sahibi Dembelenin özüdür.