UFC-nin sabiq çempionu Konor Makqreqor sosial şəbəkədə maraqlı paylaşım edib. 

Offsideplus.az xəbər verir ki, o, ABŞ prezidenti Donald Trampın "Ay Amerikaya məxsusdur" açıqlamasına cavab olaraq bildirib ki, "Günəş İrlandiyaya məxsusdur".

Makqreqor hazırda dizindən əməliyyat olunduqdan sonra bərpa dövrünü keçir.

Qeyd edək ki, o, 12 iyul tarixində UFC-də Maks Holloueyə qarşı döyüşdə ön çarpaz bağlarını qoparıb.