UFC-nin keçmiş çempionu Toni Ferqyuson növbəti döyüşünü boks qaydaları ilə keçirəcək. O, sentyabrın 26-da Mayamidə təşkil olunacaq Misfits Boxing turnirində Kamerunun U-23 futbol yığmasının sabiq üzvü Kenzo Biyong ilə qarşılaşacaq. Döyüş beş raund davam edəcək və Ferqyuson orta çəki üzrə çempionluq kəmərini qoruyacaq.
Offsideplus.az xəbər verir ki, 42 yaşlı Ferqyuson bundan əvvəl Misfits Boxing-də iki qələbə qazanıb. 28 yaşlı Biyong isə futbolçu karyerasını başa vurduqdan sonra güləşlə məşğul olub və Niderland çempionu adını qazanıb. O, 2024-cü ilin aprelində UFC BJJ turnirində də çıxış edib. Biyong boks qaydaları ilə hələ heç bir döyüş keçirməyib. Arman Tsarukyan isə Ferqyusonu "UFC-nin əsl əfsanəsi" adlandırıb və ona hər cür, o cümlədən maddi dəstək göstərməyə hazır olduğunu bildirib.


