Braziliyalı UFC döyüşçüsü Paulo Kosta təşkilatın reytinqlərini və tətbiq etdiyi ikili standartları sərt şəkildə tənqid edib. O, Kəris Sayborqun UFC-yə Kayla Harrisonun çempionluq kəmərindən məhrum edilməsinə dair çağırışına münasibət bildirib. Sayborq qeyd edib ki, Kayla son döyüşünü 2025-ci ilin iyununda keçirib, Valentina Şevçenko isə noyabrda. Əgər Valentina kəmərdən imtina etməli olubsa, Kayla da titulunu itirməlidir.
Offsideplus.az xəbər verir ki, Paulo Kosta bu məsələyə belə münasibət bildirib: "Bu, həqiqətən də narahatedici sualdır. UFC-də sabit qaydalar yoxdur, daim ikili standartlardan istifadə edirlər. Niyə Aleks Pereyra yarımorta çəki reytinqində qalır, halbuki o artıq ağır çəkidə döyüşüb və məğlub olub? Və niyə onun ağır çəkidə heç bir qələbəsi olmadığı halda, o, reytinqdə Coş Hokitin önündə dördüncü yerdədir?"
Kosta daha əvvəl də zədə səbəbindən bərpa olunan Karlos Ulberqin çempionluq kəmərinin əlindən alınmasını və vakant titul uğrunda döyüş təşkil edilməsini təklif edib. "Yarımorta çəkidə müvəqqəti kəmər qoyun, gəlim divizionu xilas edim. UFC isə bundan imtina etdi. Niyə? Bilmirəm", – deyə Kosta əlavə edib.


