Kollin Sekston karyerasını "Los Anceles Leykers"də davam etdirmək qərarının səbəblərini açıqlayıb. O bildirib ki, əsas məqsədi qələbələrə təsir etmək, böyük səhnədə çıxış etmək və komandasına uğur qazanmaqda kömək etməkdir. Sekston vurğulayıb ki, əvvəlki komandalarında bu, daha çətin olub və NBA-də hər gecə ən güclülərə qarşı oynamaq asan deyil. "Mənim üçün vacibdir ki, belə bir səhnədə hər gün nəticəyə təsir edim və komandama bacardığımı verim. Düşünürəm ki, burada özümü ideal şəkildə tapmışam", – deyə Sekston ESPN LA-ya müsahibəsində bildirib.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı müdafiəçi ötən mövsüm "Şarlott Hornets" və "Çikaqo Bulls"un heyətində 68 oyunda iştirak edib. O, orta hesabla 15,4 xal, 3,3 assist və 1,1 top oğurlama ilə yadda qalıb. Sekston meydançada orta hesabla 23,7 dəqiqə keçirib.