Almaniya millisinin sabiq yarımmüdafiəçisi Ditmar Hamann PSJ-nin yeni mövsümdə Çempionlar Liqasındakı perspektivləri barədə danışıb.

Offsideplus.az xəbər verir ki, o, Paris təmsilçisinin heyətində dünyanın ən yaxşı oyunçusu hesab etdiyi Xviça Kvaratsxelianın olduğunu və komandanın hər mövqedə yüksək səviyyəli futbolçularla təchiz olunduğunu bildirib.

"Əgər hazırkı Çempionlar Liqasının qalibi olan PSJ dünya çempionu İspaniya ilə qarşılaşsaydı, mən Paris klubuna üstünlük verərdim. Komandada daha çox səviyyəli oyunçu var. Futbol baxımından Çempionlar Liqasını dünya çempionatından üstün sayıram.

Potensial rəqiblər sırasında "Arsenal", "Barselona", "Real Madrid" və "Bayern Münhen" də var. Mən PSJ-ni bir pillə yuxarıda görürəm. Xviça Kvaratsxelia ilə Paris klubunun hazırda dünyanın ən yaxşı oyunçusuna sahib olduğunu düşünürəm. Ousmane Dembele də xüsusi qeyd olunmalıdır.

Onlar hər mövqedə dünya səviyyəli futbolçulara malikdir və kapitan Markinyos komandaya mükəmməl rəhbərlik edir. Bu mövsüm də Çempionlar Liqasında məhz PSJ-ni məğlub etmək lazım olacaq", – deyə Hamann bildirib.

Qeyd edək ki, Paris klubu Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda "Slovan"la qarşılaşacaq.