Keçmiş NBA oyunçusu Mett Barns "Los Anceles Leykers"in yenilənmiş heyəti ilə bağlı zarafat edib. O bildirib ki, bu, klubun Minneapolisdə yerləşdiyi dövrlərdən bəri ən ağdərili heyətidir.
Offsideplus.az xəbər verir ki, Barns daha sonra ciddi mövzuya keçərək komandanın heyətini bəyəndiyini vurğulayıb. O qeyd edib: "Luka Donçiç və Ostin Rivz liqanın ən yaxşı müdafiəçilərindən hesab olunur. Bundan əlavə, komanda daha dərin olub". Barns "Leykers"in nəticələri ilə bağlı proqnoz verməkdən imtina edib: "Hamı yüksək səslə fikir bildirmək və komandanın nəyə nail olacağını öncədən demək istəyir. Amma 'Leykers' hər zaman 'Leykers'dir. Onlar çətin dövrlər yaşasa da, uzun müddət aşağıda qalmırlar. Bu mövsümün necə keçəcəyini izləmək maraqlı olacaq".


