"Olimpiakos"un amerikalı müdafiəçisi Tomas Uolkapp Yaxın Şərq təmsilçisi "Dubay"a transfer olunub.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı basketbolçu Birləşmiş Ərəb Əmirlikləri klubuna üçillik müqavilə imzalayıb. Uolkapp son beş mövsümdə "Olimpiakos"un heyətində çıxış edib və bu müddətdə yunan klubuna 12 kubok qazanmağa, ardıcıl beş dəfə EuroLeague-in Final Four mərhələsinə yüksəlməyə və Avropanın ən nüfuzlu turnirində çempionluq sevinci yaşamağa kömək edib.


