"Qarabağ"dan ayrılmağa hazırlaşan Mateuş Koxalski karyerasını vətənində - Polşada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, o, "Veçista"ya (Krakov) transfer olacaq.

"Qarabağ" bu gedişdən 500 min avro gəlir edəcək.

Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Koxalski 2024-cü ilin yayından "Qarabağ"da çıxış edirdi. Onun daha əvvəl başqa təklifləri olsa da, sonda Polşaya qayıtmağa qərar verib.