İngiltərə Premyer Liqasının və ABŞ-ın "Dallas" klubunun sabiq qapıçısı Şaka Xislop Kriştiano Ronaldunun futbol karyerasını başa vurduqdan sonra Hollivudda uğur qazana biləcəyini bildirib.

Offsideplus.az xəbər verir ki, Xislop portuqaliyalı hücumçunun dünyanın ən məşhur insanlarından biri olduğunu vurğulayıb: "Düşünürəm, Kriştiano Ronaldu hələ də planetin ən tanınmış şəxslərindən biridir. Onun nə edəcəyinə yalnız özü qərar verə bilər. Pul sarıdan heç bir problemi yoxdur. Buna görə də nə edəcəksə, bu, yalnız həvəs və ehtirasdan irəli gələcək. Hollivuda gedib-getməyəcəyini deyə bilmərəm, amma o, istədiyini etmək haqqını qazanıb. Hətta Hollivudda Vinni Consun tərəfdaşı olsa belə".

Qeyd edək ki, Ronaldu britaniyalı futbol haqqında çəkiləcək serialda həm prodüser, həm də iştirakçı olacaq. Tyerri Anri də layihədə yer alacaq, Demian Lyuis isə agent obrazını canlandıracaq.