"Zirə"nin kapitanı Qismət Alıyev Azərbaycan Premyer Liqasında yubiley – 250-ci matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, müdafiəçinin yubileyi IV turun Sabahla görüşünə (0:5) təsadüf edib.
Çempionatda debütü 2014/2015 mövsümünə təsadüf edən futbolçu indiyədək çıxış etdiyi iki klubda ümumilikdə 15 qol vurub. O, Qəbələdə 70 oyunda 1, Zirədə isə 180 matçda 14 dəfə fərqlənib.
Q. Alıyev Premyer Liqa tarixində 250 və ya daha çox oyun keçirən 78-ci futbolçudur.


