NBA ulduzu Ceyms Harden İngiltərə Premyer Liqasının üçüncü turunda keçirilən "Arsenal" – "Çelsi" oyununu "Emirates" stadionunda izləyib.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı basketbolçu qarşılaşmadan sonra "Arsenal"ın müdafiəçisi Yurriyen Timberlə görüşüb. Niderlandlı futbolçu Harden üçün öz oyun köynəyini imzalayıb və onlar birgə şəkil çəkdiriblər.
Qeyd edək ki, Harden uzun illərdir "Arsenal"la yaxın münasibətdədir və dəfələrlə London klubunun atributikasında görüntülənib. Üç turdan sonra "Arsenal" doqquz xal toplayıb və əlavə göstəricilərə görə yalnız "Mançester Siti"dən geri qalaraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb.


