Futbol üzrə Azərbaycan milli komandasının qarşıdakı yoxlama və UEFA Millətlər Liqası matçlarının biletləri satışa təqdim olunub.

Offsideplus.az xəbər verir ki, azarkeşlər biletləri iticket.az saytı vasitəsilə əldə edə bilərlər.

Yığmamızın qarşıdakı oyunlarının təqvimi:

  • 23 sentyabr (20:00): Azərbaycan – Tacikistan (Yoxlama oyunu / "8-ci kilometr" stadionu)

  • 1 oktyabr (20:00): Azərbaycan – Lixtenşteyn (UEFA Millətlər Liqası / Tofiq Bəhramov adına Respublika stadionu)

  • 4 oktyabr (17:00): Azərbaycan – Litva (UEFA Millətlər Liqası / "8-ci kilometr" stadionu)