Gürcüstanlı UFC döyüşçüsü Mərab Dvalişvili təşkilatın bayraq qadağasına özünəməxsus şəkildə reaksiya verib. 

Offsideplus.az xəbər verir ki, o, 2023-cü ildə rusiyalı Petr Yanla ilk döyüşündən əvvəl sinəsinə Gürcüstan xəritəsi formasında bayraq döyməsi etdirib.

Dvalişvili bu barədə belə danışıb: "Ailəmizdə heç kimin döyməsi olmayıb. Mən adətən döyüşlərə Gürcüstan bayrağı ilə çıxırdım, lakin UFC qaydaları dəyişdi və bayraq gətirmək qadağan olundu. Sonra Gürcüstan xəritəsi formasında kulon taxmağa başladım, amma tezliklə UFC-dən məktub aldım ki, bu da artıq olmaz. Rusiyalı idmançı ilə döyüş təklifi gələndə dedim: 'Mütləq Gürcüstan bayrağı və xəritəsi döyməsi etdirəcəyəm'."

Qeyd edək ki, Dvalişvili ilə Yan arasında üçüncü döyüş 24 oktyabrda, UFC 333-də, Əbu-Dabidə baş tutacaq.