Çempionlar Liqasının qalibi olmaq ehtimalı ən yüksək olan klubların siyahısı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Goal portalının reytinqinə əsasən, birinci pillədə "PSJ" qərarlaşıb. İkinci yerdə "Barselona", üçüncü sırada isə "Bavariya Münhen" yer alıb. İlk onluq belədir:
1. "PSJ"
2. "Barselona"
3. "Bavariya Münhen"
4. "Arsenal"
5. "Real Madrid"
6. "Mançester Siti"
7. "Atletiko"
8. "Liverpul"
9. "İnter"
10. "Mançester Yunayted"
Qeyd edək ki, "Qalatasaray" reytinqdə 16-cı pillədə qərarlaşıb.


