"Los Anceles Leykers" yay transfer dövründə Carred Vanderbiltin müqaviləsini başqa kluba ötürməyə çalışıb, lakin bu mümkün olmayıb. .

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi onun müqaviləsini həm Uoker Kessler, həm də Conatan Kuminqanın transferi üçün danışıqlara daxil etməyə cəhd göstərib, amma hər iki halda qarşı tərəf bu müqaviləni qəbul etməyib

Vandebiltin qarşıdakı iki il üçün müqavilə öhdəlikləri təxminən 25,7 milyon dollar təşkil edir.

Klubun bazarda məhdud imkanlarını nəzərə alsaq, bu nəticə başadüşüləndir, lakin azarkeşlər arasında narazılıq yarada bilər.