UFC-də Paris turnirindən sonra reytinqlər yenilənib. 

Offsideplus.az xəbər verir ki, yüngül çəkidə Saladine Parnas Dan Hoker üzərində qazandığı qələbədən sonra reytinqə doqquzuncu pillədən daxil olub.

Rafael Fiziyev isə yenidən ilk onluğa qayıdıb.

Orta çəkidə Şarabutdin Maqomedov top-15-likdəki yerini bərpa edib. Abusupyan Maqomedov iki pillə irəliləyərək artıq 12-ci sıradadır.

Ağır çəkidə isə Mario Pinto 14-cü pillədən reytinqə daxil olub. Aleks Pereyra isə Siril Qana revanş çağırışı edib: "Ötən döyüşdə qadağan olunmuş zərbələr var idi. Mən üçüncü kəməri qazana bilərəm".