"Nottingem Forest" klubunun futbol departamentinin rəhbəri Edu gəlişindən təxminən bir il sonra komandadan ayrılıb.

Offsideplus.az xəbər verir ki, "Arsenal"ın sabiq yarımmüdafiəçisinin gedişi müqaviləyə xitam verilməsindən sonra gerçəkləşib.

Edu 2025-ci ilin iyulunda bu vəzifəyə təyin olunmuşdu. Buna qədər o, altı il "Arsenal"da çalışıb və 2022-ci ildə London klubunun ilk idman direktoru olub.

Qeyd edək ki, "Nottingem Forest" İngiltərə Premyer Liqasında ötən mövsümü 16-cı pillədə başa vurub.