"Qarabağ" polşalı qapıçısı Mateuş Koxalski ilə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın "Vyeçista" klubundan gələn təklifi və qolkiperin istəyini nəzərə alaraq transferə razılıq verib. Tərəflər arasında aparılan danışıqlar müsbət yekunlaşıb.

2024-cü ilin yayından "köhlən atlar"ın şərəfini qoruyan 26 yaşlı qapıçı bu müddətdə 76 rəsmi matçda meydana çıxıb. Koxalski "Qarabağ"la Azərbaycan çempionluğu (2024/25) yaşayıb, həmçinin UEFA Çempionlar Liqasının pley-off mərhələsinə qədər yüksələrək turnirdə 40 seyvlə ən yaxşı 3 qapıçıdan biri olub.

Ağdam klubu göstərdiyi peşəkarlığa və qazanılan uğurlardakı xidmətlərinə görə polşalı qolkiperə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.