Ötən həftə Biləsuvarda Vətən müharibəsi şəhidləri İqbal Astanlı və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş turnir baş tutub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə U-15 yaş qrupu üzrə keçirilən yarışda 330-dan çox idmançı mübarizə aparıb.

Yunan-Roma güləşində Aqil Abbasov (38 kq), Hacı Hüseynzadə (41 kq), Fərid Ağayev (44 kq), Azər Hüseynov (48 kq), Emin Salmanov (52 kq), Yusif Məmmədov (57 kq), Asiman Məmmədov (62 kq), Murad Novruzzadə (68 kq), Anar Hüseynli (75 kq) və İsmayıl Məmmədov (85 kq) çempion olublar.

Sərbəst güləş üzrə isə Məhəmməd Həsənli (38 kq), Hüseyn Nuruzadə (41 kq), Lətif Hüseynov (44 kq), Mansur Akiykulu (48 kq), Əkbər Haqverdiyev (52 kq), Ramal Süleymanlı (57 kq), İsmayıl Əlizadə (62 kq), Kamil Bədəlov (68 kq), Nuran Həsənli (75 kq) və Cavid Əliyev (85 kq) qızıl medal qazanıblar.

Qeyd edək ki, turnirdə fərqlənən pəhləvanlar U15 milli komandalarının təlim-məşq toplanışlarına cəlb olunacaqlar.