AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının IV turunun mübahisəli epizodlarını dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis qurumun mətbuat xidmətinə açıqlamasında 4 oyunda baş verən mübahisəli anlara toxunub.

R.Həsənov referilərin bütün epizodlarda doğru qərarlar verdiyini bildirib.