"Sabah" Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununa bu gün çıxacaq.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" Finlandiyanın "KuPS" klubunu qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Cavab oyunu bir həftə sonra baş tutacaq.

Qeyd edək ki, bu mərhələni uğurla keçən növbəti turda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.

Çempionlar Liqası, II təsnifat mərhələsi

20:00 "Sabah" - "KuPS"

"Bank Respublika Arena"