“Bu hesab bizim üçün münasibdir”.
Offsideplus.az xəbər verir ki, bu sözləri KuPS-un baş məşqçisi Miika Nuutinen mətbuat konfransında deyib.
Mütəxəssis UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"a qarşı keçirdikləri ilk oyun haqqında fikirlərini bölüşüb:
“İlk növbədə rəqibi təbrik edirəm. Həqiqətən də çox yaxşı oynadılar. Rəqib çox sayda qol epizodu yaratdı. Biz isə əsasən müdafiə olunmağa məcbur qaldıq. Çətin matç olacağını bilirdik və elə də oldu.
Buna baxmayaraq, hələ də şanslarımız var. Cavab oyununda ən yaxşı oyunumuzu göstərməliyik. Yaranacaq imkanlardan maksimum istifadə etməyə çalışacağıq".
Baş məşqçi komandasının vaxtı uzatması ilə bağlı sualı belə cavablandırıb:
"Əlbəttə, 0:1 nəticəsi bizim üçün pis deyil, amma vaxt uzatmamışıq. İlk oyunu analiz etməliyik. Heyətimizdə yaxşı nəticə uğrunda mübarizə apara biləcək keyfiyyətli futbolçular var.”
Qeyd edək ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" 1:0 hesablı qələbəyə seviniblər. Qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub. Tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək.


