"Olimpiakos"un baş məşqçisi Yorgos Bartzokas komandanın təcrübəli müdafiəçisi Yannulis Larentzakisin növbəti mövsümdə heyətdə olmayacağını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Bartzokas bu barədə komandanın mövsümöncəsi Media Günü öncəsi geniş müsahibəsində danışıb. O bildirib ki, 32 yaşlı oyunçu bu il üçün heyətə daxil edilməyib və bu qərar komandanın taktiki yenilənməsi çərçivəsində verilib. Bartzokas əlavə edib ki, Walkup, Larentzakis, Fall və Peters müxtəlif səbəblərdən yeni mövsümdə "Olimpiakos"da çıxış etməyəcəklər.

Bu qərarla Larentzakisin Pireydə altı illik uğurlu karyerası başa çatır. Yunan oyunçu artıq "AEK" ilə şifahi razılıq əldə edib və 2016–2019-cu illərdə çıxış etdiyi kluba qayıtmağa yaxındır. Hazırda onun "Olimpiakos"la qalan müqaviləsinin texniki detalları həll olunur və bu proses başa çatdıqdan sonra Larentzakis "AEK" ilə iki illik müqavilə imzalayacaq, əlavə bir il üçün seçim hüququ da olacaq.

Larentzakis "Olimpiakos"da 157 EuroLeague oyununda iştirak edib və ötən mövsüm komanda ilə çempionluq yaşayıb.