"Filadelfiya Siksers" klubu Cənubi Filadelfiyada inşa olunacaq yeni arenasının ilk görüntülərini ictimaiyyətə təqdim edib.
Offsideplus.az xəbər verir ki, yeni arena əvvəllər "Spectrum" kompleksinin yerləşdiyi ərazidə tikiləcək və açılışı 2030-cu ilə planlaşdırılıb. Bu arena həm "Siksers"in, həm də NHL təmsilçisi "Filadelfiya Flayers"in və qadınlar arasında yeni yaradılan Filadelfiya komandasının ev meydançası olacaq.


